Betondan yığma tikinti konstruksiyalarının istehsalı artıb

2026.06.30 16:22 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədə 26,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 38,4 faiz və ya 7,3 min kubmetr artıb.