Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 3,9 faiz artaraq 41 961,8 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 255,7 milyon manat azalaraq 3 006,1 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunan qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.