2026-cı ilin yanvar-may aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 376,8 milyard manatı, sayı isə 70,4 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünə nisbətdə aparılan əməliyyatların məbləği 25,6 faiz, sayı isə 2,5 faiz artıb.
Cari ilin ilk 5 ayında AZİPS vasitəsilə 909,6 min əməliyyat üzrə 353,2 milyard manat, XÖHKS vasitəsilə 40,38 milyon əməliyyat üzrə 20,55 milyard manat, AÖS ilə isə 29,1 milyon əməliyyat üzrə 3,06 milyard manat həcmində ödəniş həyata keçirilib.