Gürcüstanla ticarət dövriyyəsinin ümumi həcmi artıb

2026.06.25 14:57 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 46 faiz artaraq 482,2 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Gürcüstan ilə ticarətin payı 2,31 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi