Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 112,9 milyon dollar dəyərində 81,5 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 25 faiz, həcm baxımından isə 30,1 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir.
Hesabat dövründə pambıq lifi ixracının xüsusi çəkisi 7,54 faizə bərabər olub.