İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edib

2026.06.24 17:25 (UTC+04:00)

Naxçıvanda vətəndaşların biznesin inkişafı, vergi, logistika və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Naxçıvan şəhərində regiondan olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, vergi, logistika və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.