Bu ilin yanvar-may ayları ərzində ölkənin sığorta bazarı üzrə 732,6 milyon manat sığorta haqları yığılıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 1,8 faiz üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk beş ayına nisbətdə 30,1 faiz artaraq 409,6 milyon manat təşkil edib.