Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar

2026.06.24 14:54 (UTC+04:00)

Ölkəmizə səfər çərçivəsində Türkiyənin Niğde bölgəsinin bir qrup iş adamı ilə “Bakı KOB ev”ində görüş keçirilib.

Görüşdə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Niğde bölgəsinin sədri Hüsamettin Gümüştepe, təşkilata üzv sahibkarlar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər. Tərəflər Azərbaycan və Türkiyənin regionlarında fəaliyyət göstərn iş adamları arasında əməkdaşlıq imkanları, birgə təşəbbüslərin və layihələrin həyata keçirilməsi, həmçinin sahibkarlıq sahəsində təcrübə mübadiləsi kimi məsələlər müzakirə edilib.

Sonra Niğde iş adamları “Bakı KOB evi”nin fəaliyyəti və Azərbaycanın vahid məkanda biznesə xidmət təcrübəsinə əsaslanan KOB evi modeli ilə tanış olublar.