Bu ilin yanvar-may aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1,2 milyard ABŞ dolları məbləğində və ya 10,4 faiz artaraq 12,7 milyard dollara çatıb.
AMB-nin məlumatına görə, valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib.
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. Belə ki, mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə son 12 ayda 2,8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27 faizə enib.