Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında ölkədən 112,5 milyon ABŞ dolları dəyərində 51,4 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12 dəfə, həcm olaraq isə 7,9 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk beş ayında ölkədən dəyəri 1,498 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 19,2 faiz üstələyir.
Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,51 faizə bərabər olub.