Bu ilin yanvar-may aylarında ölkədə 17,4 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin aprel ayına nisbətdə isə mayda istehsal həcmində 4,5 faiz artım qeydə alınıb.
İyun ayının 1-nə hazır məhsul ehtiyatı 0,9 min ton təşkil edib.