Mis konsentratının hasilatı 11 dəfə artıb

2026.06.23 17:24 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkənin mədənçıxarma sənayesində 10 140,5 ton mis konsentratı hasil edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 11 dəfə artıb.

Bu ilin iyun ayının 1-nə hazır məhsul ehtiyatı 6 360,9 ton təşkil edib.