Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ artıb

2026.06.23 14:35 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 55,6 faiz artaraq 173,4 milyon manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 16,8 faiz təşkil edib ki, bu da bir il öncəki müvafiq göstəricini 3,9 faiz bəndi üstələyir.