5 ayda 117,5 milyon dollarlıq alüminium ixrac edilib

2026.06.23 16:51 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkədən 117,5 milyon dollar dəyərində 34,2 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 44,6 faiz, həcm olaraq isə 22,7 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,84 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 2,29 faizə bərabər olub.