“Vergi və hesabatlılıq” İşçi qrupunun növbədənkənar iclası keçiriləcək

2026.06.23 11:53 (UTC+04:00)

25 iyun 2026-cı il tarixində saat 11:00-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun videokonfrans formatında növbədənkənar iclası keçiriləcək.

İclasda sahibkarlar tərəfindən təqdim edilmiş təkliflərin ümumiləşdirilməsi, müzakirəsi, habelə mövcud çətinliklərin aradan qaldırılmasına və biznes mühitinin daha da təkmilləşdirilməsinə yönəlmiş yekun təkliflər paketinin formalaşdırılması nəzərdə tutulur.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “azranking.az” internet portalı üzərindən “Onlayn müraciət” bölməsi və “Təklif göndər” elektron xidməti vasitəsilə İşçi qrupun fəaliyyətində iştirak edə, aidiyyəti sahə və məsələlər üzrə təklif və rəylərini təqdim edə bilərlər.