Hacıqabul Sənaye Parkı üzrə 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

2026.06.23 13:33 (UTC+04:00)

Bu günədək Hacıqabul Sənaye Parkı üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, satışın 10,3 milyon manatı ixracın payına düşür. Parkda 576 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.

Hacıqabul Sənaye Parkı ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.