ABŞ Konqresinin nümayəndə heyəti ilə potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub

2026.06.22 16:19 (UTC+04:00)

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Hamadehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın biznes və investisiya mühiti, birbaşa xarici investisiyaların təşviqi mexanizmləri, Agentliyin fəaliyyət istiqamətləri və cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Müzakirələrdə Azərbaycanın tranzit potensialı, ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi, texnologiya və nou-hau transferi, eləcə də maliyyə dəstəyi alətlərindən istifadə, işgüzar əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.