“ƏDV geri al” layihəsi Naxçıvanda da uğurla tətbiq edilir

2026.06.22 13:33 (UTC+04:00)

Pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir.

2026-cı ilin yanvar – may ayları ərzində MR üzrə istehlakçılara 812,3 min manat ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 4,9 milyon manatdan çox olub.