Bir neçə fəaliyyət növü üzrə məşğul olmaq üçün...

2019.09.06 14:50 (UTC+04:00)

Hüquqi şəxs yaradaraq iki müxtəlif istiqamətdə - həm hüquqi xidmətlər, həm də ticarət sektorunda fəaliyyət göstərmək mümkündürmü?

Vergilər Nazirliyinin sualla bağlı cavabında qeyd olunur ki, bir neçə fəaliyyət növü üzrə məşğul olmaq üçün ölkə qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Sadəcə olaraq, bunun üçün uçot zamanı müvafiq fəaliyyət növləri və uyğun mükəlləfiyyət seçilməlidir.