Bu ilin yanvar-may aylarında ölkədən 46,4 milyon dollar dəyərində 41,8 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 24,6 faiz, həcm olaraq isə 27,1 faiz çoxdur.
Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,33 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,9 faizə bərabər olub.