Dövlət Vergi Xidmətinin əməkdaşları üçün daxili audit üzrə təlim keçirilib

2026.06.19 11:29 (UTC+04:00)

Dövlət Vergi Xidmətinin Daxili audit baş idarəsinin əməkdaşları üçün “Daxili audit metodologiyası, prosedurları və audit üzrə praktiki tətbiq” mövzusunda təlim təşkil edilib.

Təlim çərçivəsində iştirakçılara daxili auditin əsas prinsipləri, auditin planlaşdırılması, risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, audit proqramlarının hazırlanması, audit sübutlarının toplanması, tapıntı və tövsiyələrin formalaşdırılması, eləcə də audit hesabatlarının tərtibi mövzularında nəzəri və praktiki biliklər təqdim olunub.

Təlim Ernst & Young şirkətinin Azərbaycan və Türkiyə ofisinin nümayəndələri tərəfindən keçirilib.