Bu ilin ilk beş ayında əhaliyə 6,4 milyard manatlıq ödənişli xidmətlər göstərilib

2026.06.19 15:34 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,6 faiz artaraq 6 459,2 milyon manat olub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hüquqi şəxslər tərəfindən əhaliyə 4 921,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,2 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 629,1 manatlıq və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.