Ölkə üzrə ictimai iaşə dövriyyəsi 6 faizədək artıb

2026.06.19 15:03 (UTC+04:00)

2026-cı ilin yanvar-may aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8 faiz artaraq 1 119,8 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 faizi hüquqi şəxslərin, 50,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz artaraq 554,1 milyon manat olub.