Bu ilin ilk beş ayında pərakəndə elektron ticarət dövriyyəsi 11,3 faiz artıb

2026.06.18 17:33 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 116 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 11,3 faiz çoxdur.

Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 25,439 milyard manat olub ki, onun da 0,45 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.