Rusiyada ipoteka və korporativ kreditləşmənin həcminin artacağı proqnozlaşdırılır

2019.09.05 18:48 (UTC+04:00)

"Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurasının sentyabrın 6-da keçiriləcək növbəti iclasında uçot dərəcəsi yenidən azaldıla bilər". Bu proqnozla ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxış edib.

"Bu il uçot dərəcəsi 2 dəfə azaldılıb. Amma Rusiya Bankı yenidən belə bir addım atmağa hazırdır. Bu baş versə, ölkədə ipoteka və korporativ kreditləşmənin həcmi artacaq", - deyə nazir qeyd edib.

Xatırladaq ki, bank uçot dərəcəsini bu il iyunun 14-də 7,75 faizdən 7,5 faizə, iyulun 26-da isə 7,5 faizdən 7,25 faizə endirib.