22 iyun 2026-cı il tarixdə saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi qrupunun iclası keçiriləcək.
İclasda “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə məlumat təqdim olunacaq, qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri keçiriləcək iclasla əlaqədar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və “Təklif göndər” onlayn xidməti vasitəsilə İşçi qrupunun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.