Azərbaycanda hər 100 nəfərin 80-i internet istifadəçisidir

2019.09.05 17:52 (UTC+04:00)

Azərbaycanda 2018-ci ildə əhalinin adambaşına düşən beynəlxalq internet kanallarının (trafikinin) həcmi 83,5 Kbit/s olub ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 5 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkə əhalisinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 80 nəfər olub. Bu göstərici 2017-ci illə müqayisədə 1,2 faiz çoxdur.

Hesabat ilində əhalinin hər 100 nəfərindən 75-i genişzolaqlı internet istifadəçisi olub ki, bu da 2017-ci illə müqayisədə 2,7 faiz çoxdur. İnternetdən istifadə tarifinin hər nəfərə düşən orta aylıq ümumi milli gəlirə nisbəti son iki il ərzində dəyişməz olaraq - 0,2 faiz səviyyəsində qalıb.