Azərbaycan Banklar Assosiasiyası ilə görüş keçirilib

2026.06.17 11:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin operativ şəkildə öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşləri davam etdirir.

Növbəti belə görüş DVX-nin əməkdaşları ilə Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri arasında baş tutub. Görüş zamanı dövlət – biznes dialoqunun əhəmiyyəti vurğulanıb, DVX tərəfindən özəl sektorla açıq və davamlı əməkdaşlığa xüsusi önəm verildiyi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların rəy və təkliflərinin nəzərə alındığı bildirilib.

Tədbirdə çıxış edən assosiasiya üzvləri bank sahəsindəki iqtisadi fəaliyyət mexanizmlərinə uyğun olaraq vergi qanunvericiliyinə dair öz təkliflərini səsləndiriblər. Təkliflər ətrafında geniş müzakirələr aparılıb.

Görüşün yekununda Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.