Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Almaniya biznes forumu keçiriləcək. Alman-Azərbaycan Xarici Ticarət Palatasından verilən məlumata görə, forum Almaniyanın ölkəmizə maraq göstərən şirkətləri və Azərbaycanda fəaliyyət göstərən potensial biznes tərəfdaşlarını bir araya gətirəcək.
Tədbir çərçivəsində yeni birgə layihələrin icrasına baxılacaq. İştirakçılar, həmçinin, maliyyə və biznes mühiti, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə edəcəklər.