Yanvar-may aylarında 354,8 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

2026.06.17 14:55 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan 354,8 milyon dollar dəyərində 294,1 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 18,7 faiz, həcmi isə 0,9 faiz artıb.

Cari ilin ilk beş ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 2,54 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 6,91 faizə bərabər olub.