Ölkəyə İKT məhsullarının idxalı artıb

2019.09.05 17:03 (UTC+04:00)

Ötən il ərzində Azərbaycana 883,8 mln. manat dəyərində İKT avadanlığı idxal olunub ki, bu da 2017-ci illə müqayisədə 56,4 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il üzrə idxalın ümumi həcmindən telekommunikasiya avadanlığının payına 328,6 mln. manat (2017-ci illə müqayisədə 34,6 faiz çox), kompüter və periferiya avadanlıqlarının payına 315,8 mln. manat (artım – 87,5 faiz), elektron avadanlıqların payına 145,9 mln. manat (artım – 46,2 faiz) və digər İKT məhsullarının payına 93,5 mln. manat (artım – 76,7 faiz) düşüb.

İdxal olunan İKT məhsullarının ölkəyə idxal olunan bütün növ məhsulların dəyərində xüsusi çəkisi 4,5 faiz təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.