Azərbaycanın İKT sektorunda 2018-ci ildə yaranmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 1,4 faiz təşkil edib ki, bu göstərici də 2017-ci ilin nəticələri ilə müqayisədə 0,1 faiz bəndi azdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici rabitə sektoru üzrə 2018-ci ildə (2017-ci illə müqayisədə) 0,1 faiz bəndi azalaraq cari ilin yanvarın 1-nə 1,2 faiz təşkil edib.
Hesabat ilində ölkədə İKT müəssisələri tərəfindən əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 183,7 mln. manat təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 8 faiz çoxdur. İKT sektorunda yaradılmış əlavə dəyərin həcmi 2018-ci ildə 1.112,0 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisini 7,1 faiz üstələyir. Rabitə sektoru üzrə bu göstərici ötən il ərzində 3,7 faiz artaraq 923,4 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il üzrə Azərbaycanda İKT-nin inkişaf indeksi 6,33 təşkil edib, halbuki 2017-ci ildə bu göstərici 6,2 olub.