2026-cı ilin I rübü üzrə cari əməliyyatlar balansında 1,7 milyard dollar həcmində profisit formalaşıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin l rübü üzrə Tədiyə balansı hesabatında bildirilir.
Hesabat dövründə kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0,2 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 2 milyard dollar azalıb.
Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9,5 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0,3 milyard dollar azalıb. Lakin ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117,4 milyon dollar artaraq 85,2 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə bir barel xam neftin orta qiyməti 79,5 dollar təşkil edib.