Çin ilə ticarət dövriyyəsi 1,8 milyard dolları üstələyib

2026.06.16 18:26 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 4 faiz artaraq 1,831 milyard dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 8,81 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi