Azərbaycan Sahibkarlar Konfederasiyasında ölkəmizdə işgüzar səfərdə olan Okara (Pakistan) Ticarət və Sənaye Palatasının sədri Şahzad Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konfederasiyanın məlumatına görə, görüşdə Pakistanın düyü, ədviyyat və kağız istehsalçılarının məhsullarının Azərbaycana ixracı məsələləri müzakirə olunub, həmçinin ölkəmizin investisiya imkanları nəzərdən keçirilib. Qısamüddətli perspektivdə ikitərəfli əməkdaşlığın Anlaşma Memorandumunun imzalanması ilə rəsmiləşdirilməsi planlaşdırılır.