Yanvar-avqust aylarında Azərbaycanın fond bazarı 10.022.897,272 manat təşkil edib

2019.09.05 16:16 (UTC+04:00)

Bu ilin səkkiz ayında Bakı Fond Birjasında (BFB) qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 10.022.897,272 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. BFB-dən verilən məlumata görə, bu ilin avqust ayına Birjanın kapitalizasiyası 3.373.630,765 manat təşkil edib ki, bu da aya nisbətən 0,04 faiz artım deməkdir.

Hesabat dövründə dövlət qiymətli kağızlar üzrə aparılan əməliyyatların həcmi ötən ili ilk səkkiz ayı ilə müqayisədə cəmi 0,1 faiz artaraq 8.531.919,868 manata, korporativ qiymətli kağızlar üzrə isə 26,1 faiz artaraq 746.683,838 manata çatıb.

Cari ilin yanvar-avqust aylarında repo əməliyyatlarının həcmi 744.293,566 manat olub ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 39,9 faiz artıb.