Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 182,7 milyon ABŞ dolları dəyərində 284,3 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 41,7 faiz, həcm baxımından isə 22,4 faiz üstələyir.
Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən 4,365 milyard dollar dəyərində 7,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Yunanıstan 4-cü yerdə qərarlaşıb və ixrac həcminin 3,6 faizi bu ölkənin payına düşüb.