Şəkərli qənnadı məmulatlarının istehsalı artıb

2026.06.12 15:05 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 3 328,8 ton şəkərli qənnadı məmulatları istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb.

2026-cı ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 70,2 min ton təşkil edib.