Vyetnam ilə ticarət dövriyyəsi artıb

2026.06.12 13:23 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Vyetnam ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 25,9 faiz artaraq 59 milyon dolları üstələyib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Vyetnam ilə ticarətin payı 0,33 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi