Yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117,4 milyon manat vəsait ödənilib

2026.06.11 16:29 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-may ayları ərzində 27 hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 467 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 95,2 milyon manat təşkil edib.

Hesabat dövründə 246-sı qeyri-yaşayış, 1.748-i torpaq sahələri üzrə olmaqla 1.994 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 22,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 117,4 milyon manat vəsait daxil olub.