Naxçıvanda əsas kapitala yönəldilən investisiyaların həcmi 15 faizdən çox artıb

2026.06.11 13:43 (UTC+04:00)

2026-cı ilin yanvar-may aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 64 747,9 min manat investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 15,4 faiz çoxdur.

Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, istifadə olunan investisiyanın 23 009,5 min manatı və ya 35,6 faizi məhsul istehsalı sahələrinə, 12 843,0 min manatı və ya 19,8 faizi xidmət sahələrinə, 28 895,4 min manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala investisiya qoyuluşunun 54 474,6 min manatı və ya 84,1 faizi, bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çoxdur.