Neft koksunun istehsalı artıb

2026.06.11 17:05 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında ölkədə 81,6 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə istehsal həcmi 27,7 faiz artıb.

May ayının 1-nə hazır məhsul ehtiyatı 40,7 min ton təşkil edib.