Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 51 783,8 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalaraq 16 125,4 milyon manat, qeyri- neft-qaz sektorunda isə 0,4 faiz artaraq 35 658,4 milyon manat təşkil edib.