SOCAR və Gran Tierra Energy əməkdaşlığı çərçivəsində dövlət öhdəlikləri təsdiq edilib

2026.06.10 12:19 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarına əsasən, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilib.