Əmək müqavilələrinin sayı artıb

2026.06.10 10:32 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2026-cı il iyun ayının 1-nə 1.893.084 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 1.046.601 təşkil edib, bu sektorun ümumi əmək müqavilələrində payı 55,3 faiz təşkil edib.