Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində 277,9 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3,8 dəfə, həcm baxımından isə 3,5 dəfə üstələyir.
Ümumilikdə cari ilin ilk dörd ayında ölkədən 4,365 milyard dollar dəyərində 7,9 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Bolqarıstan 5-ci yerdə qərarlaşıb və ixrac həcminin 3,5 faizi bu ölkənin payına düşüb.