Gürcüstandan Azərbaycana səfər edənlərin sayı artıb

2026.06.09 14:35 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 25,4 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz çoxdur.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin mart ayında bu ölkədən gələnlərin sayı 8,5 min nəfərdən çox təşkil edib. Bu, 2025-ci ilin mart ayına nisbətdə 3 faiz, cari ilin fevral ayına nisbətdə isə 3,2 faiz çoxdur.