Vergilər Nazirliyi ilə ATV kanalının birgə layihəsi olan "İqtisadi zona" verilişinin növbəti buraxılışında dünyanın iqtisadi mənzərəsi, sabit vergi ödəyiciləri və onlardan tutulan verginin məbləği, Bakı-Gəncə sürət qatarının işə düşməsi, "ASAN ödəniş" sisteminin əhatə dairəsinin genişlənməsinə, Süd və Süd Məhsulları Assasiasiyasının fəaliyyətinə həsr olunmuş süjetlərlə tanış ola bilərsiniz.
Verilişin qonağı - Əmlak Məsələləri Dövlət Komitəsinin Strateji planlaşdırma, innovasiyalar, monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinovla müsahibə əmlak xidmətlərinin vahid məkanda inteqrasiya olunmasına həsr edilib.