Bu ilin may ayında Azərbaycanda elektrik enerjisi istehsalı 2 083,4 milyon kVt·st təşkil edib.
İstilik elektrik stansiyalarında 1 394,4 milyon kVt·st, bərpa olunan enerji mənbələrindən (BEM) isə 689 milyon kVt·st elektrik enerjisi istehsal olunub.
BEM növləri üzrə istehsalın bölgüsü:
Su elektrik stansiyaları – 528,7 mln. kVt·st;
Külək elektrik stansiyaları – 73,8 mln. kVt·st;
Günəş elektrik stansiyaları – 61,4 mln. kVt·st;
Bərk məişət tullantılarının yandırılması zavodu – 25,1 mln. kVt·st.
Mənbə: Energetika Nazirliyi