“Azərmaş Group”un istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib

2026.06.08 16:19 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) “Azərmaş Group” MMC-nin istiqrazlarının ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.

BFB-nin məlumatına görə, kupon dərəcəsi 9 faiz, ilkin ticarət qiyməti 100 ABŞ dolları, tədavül müddəti 2 il və buraxılış həcmi 5 milyon dollar təşkil edən istiqrazların yerləşdirilməsi 8 iyun 2026-cı il tarixində həyata keçiriləcək. İstiqrazlar faizli, təminatsız adlı qiymətli kağızlardır.